“Azərreyl” daha bir voleybolçu ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Valeriya Məmmədova (Korotenko) ilə razılaşmanın müddətini artırıb.
Yığmamızın liberosu 2016/2017 mövsümündə də karyerasının böyük hissəsini keçirdiyi “dəmiryolçular”ın heyətində oynayacaq. Ondan fərqli, millinin blokçusu Kseniya Poznyak hələlik yekun qərarını verməyib. Milliləşdirilmiş voleybolçu ölkə xaricindən sərfəli təklif alacağı halda, Bakı klubunu tərk edəcək. Poznyak bu səbəbdən “Azərreyl”in hazırlığına qatılmır.
Qeyd edək ki, “Azərreyl” Məmmədovaya kimi “Azəryol”un voleybolçularını transfer etmişdi. Ayşən Abduləzimova, Ceyran Əliyeva və Aynur Kərimova yeni mövsümdə bu komandanın uğurları üçün çalışacaq. Komanda rəhbərliyi baş məşqçi postunu da Famil Ağayevə həvalə edib.
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə
- "Azərreyl" "Gənclər"ə qarşı - Yüksək liqada növbəti oyunlar
- Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümün son turlarının tarixi açıqlanıb