Qadın voleybolçular arasında Türkiyə Superliqasında növbəti matçlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld” VIII tur çərçivəsində “Nilüfer Bld” klubunun qəbil edib.
Qarşılaşma təmsilçimizin komandasının məğlubiyyəti ilə yekunlaşıb. “Çanakkale Bld” 2:3 (25:20, 24:26, 25:14, 22:25, 16:18) hesabı ilə uduzub. Kulan qarşılaşmada 19 xal toplayıb.
Yanadan fərqli, Türkiyə Superliqasında “Beşiktaş”ın şərəfini qoruyan Kseniya Poznyak bu turu da azarkeş kimi izləyib. Təmsilçimizin transferini rəsmiləşdirə bilməyən İstanbul klubu “İdman Ocağı”na 3:1 (18:25, 25:14, 25:21, 25:19) hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 8 turdan sonra hesabında 17 xal olan “Çanakkale Bld” 4-cü, ondan 7 xal geri qalan “Beşiktaş” 7-ci yerdə qərarlaşıb.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq