Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyakın “Beşiktaş”da oynamasına icazə verilib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) İstanbul klubuna qoyduğu transfer qadağasını aradan götürüb.
Artıq CEV-lə problemi qalmayan “qara qartallar” növbəti turdan yeni oyunçularını meydana buraxa biləcəklər. Bu səbəbdən də 2,5 ay öncə “Beşiktaş”la müqavilə imzalayan Kseniyanın XII tur çərçivəsində “İdmanocağı” ilə qarşılaşmada debüt edəcəyi gözləniləndi.
31 yaşlı blokçu ilə yanaşı, kişilərdən ibarət komanda üçün alınan kubalı toppaylayıcı Leandro Makiasa da “Beşiktaş” forması geyinmək icazəsi verilib.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq