Qadın voleybolçular arasında İtaliya A seriyasında X turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu “Skandiççi” “Foppapedretti”ni qəbul edib.
Qarşılaşma təmsilçimizin komandasının 3:2 (25:16, 26:28, 23:25, 25:18, 15:10) hesablı qələbəsi ilə başa çatıb. Səmədova əvvəlki turlarda olduğu kimi bu dəfə də oyun ərzində topa toxunmayıb. Komandanın baş məşqçisi Karlo Parisi voleybolçumuza yenə debüt şansı verməyib.
Nəticədə ancaq məşqlərdə “Skandiççi”yə fayda verən Səmədovanın komandası 22 xalla 4-cü pillədəki yerini qoruyub.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq