Qadın voleybolçular arasında İtaliya A seriyasında VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu “Skandiççi” “Novara”nı qəbul edib.
Görüş təmsilçimizin komandası üçün uğursuz alınıb. Bu matçadək uduzmayan ev sahibləri gözlənilmədən 0:3 (18:25, 25:27, 21:25) hesabı ilə məğlub olub.
İtaliyaya yollanandan rəsmi görüşlərdə meydana çıxmayan Səmədova bu dəfə də oyunu azarkeş kimi izləyib.
Qeyd edək ki, VII turdan sonra aktivində 17 xalı olan “Skandiççi” turnir cədvəlində üçüncüdü.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq