[b]Yenə Polina Rəhimova[/b]
01.07.2016 - 09:07
[b]Yenə Polina Rəhimova[/b]

Qadın voleybolçular arasında Avropa Liqasının final mərhələsi çərçivəsində keçirilən Slovakiya - Azərbaycan görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə başa çatan görüşün bombardiri Polina Rəhimova olub.

 

Hücumçumuz 20 xal toplayıb. Digər voleybolçularımızdan Kseniya Poznyakla Odina Bayramova hərəyə 10, Yana Kulanla Olena Həsənova hərəyə 9, Şəfaqət Həbibova 4 və Anastasiya Qurbanova 2 xal yığıb.

 

Rəqibin heyətində isə Mixaela Abrhamova və Tatyana Crkonova məhsuldar olub. Onların hərəyə 12 zərbəsi dəqiq alınıb.

 

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 3-də Bakıda olacaq.