[b]Yığmamız Polşanı ikinci matçda da məğlub etdi[/b]
19.09.2015 - 10:41
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi daha bir yoxlama oyununda gücünü sınayıb. Apasport.az saytının məlumatına görə, Sloveniyada Avropa çempionatına hazırlaşan Faiq Qarayevin yetirmələri Polşa yığması ilə ikinci dəfə qarşılaşıblar.
Görüşdə üstün tərəf yenə yığmamız olub. İlk matçda 3:1 hesablı qələbəyə sevinən voleybolçularımız bu dəfə də eyni hesabla qalib gəliblər – 3:1 (25:22, 25:23, 26:28, 25:20)
Qeyd edək ki, komandamız Belçikaya Avropa çempionatına yollanana kimi Sloveniya millisi ilə də yoxlama matçı keçirməyi planlaşdırır.
- Yüksək Liqa: “Murov Az Terminal” və “Ordu”dan qələbə
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
0
0