[b]Yığmamız Sloveniya ilə yoxlama matçı keçirəcək[/b]
22.09.2015 - 09:57
[b]Yığmamız Sloveniya ilə yoxlama matçı keçirəcək[/b]

Avropa çempionatına Sloveniyada hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün təlim-məşq toplanışını başa vuracaq. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri sonuncu gün daha bir yoxlama matçı keçirəcəklər.

 

Komandamız Mariborda Sloveniya ilə üz-üzə gələcək. Ardınca 1 gün istirahət edəcək millimiz Avropa çempionatına Hollandiya ilə birgə ev sahibliyi edən Belçikaya yollanacaq.

 

Qeyd edək ki, qitə birinciliyi sentyabrın 26-da başlayacaq. Komandamız ilk görüşünü Türkiyə yığmasına qarşı keçirəcək.