Qadın voleybolçulardan ibarət Azərbaycan yığması hazırlıqlarını İsraildə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Avropa Liqası üçün bir araya gələn komandamız artıq səfərə yollanıb.
Faiq Qarayevin komandası Tel-Əvivdə təxminən 2 həftə təlim-məşq toplanışında olacaq. Hazırlıqların gedişində Belarus yığmasının da millimizə qoşulacağı və bir neçə yoxlama oyunu keçirəcəyi də gözlənilir. Voleybolçularımızın, həmçinin bir neçə klub və ev sahiblərinin əsas komandası ilə gücünü yoxlaması da istisna olunmur.
Qeyd edək ki, Fransa, Monteneqro və İspaniya ilə B qrupunda yer alan millimizin Avropa Liqasında ilk matçı iyunun 3-nə təsadüf edəcək.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq