[b]Yığmamız Türkiyəni məğlub etdi[/b]
02.07.2016 - 13:21
[b]Yığmamız Türkiyəni məğlub etdi[/b]

Azərbaycan millisi basketbolun 3X3 növü üzrə Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Hollandiyanın Amsterdam şəhərlərində təşkil olunan “doqquzluğ”un A qrupunda yer alan kişilərdən ibarət Azərbaycan yığması 3-cü oyununu Türkiyəyə qarşı keçirib.

 

Samit Nuruzadənin yetirmələri bu qarşılaşmada 21:16 hesabı ilə qalib gəlib. Bununla da Amil Həmzəyev, Zaur Paşayev, Marşall Mozes və David Barbakadzedən təşkil olunan komandamız hesabına 2-ci qələbəni yaza bilib.

 

Qeyd edək ki, basketbolçularımız ilk oyun günündə Almaniya, Uels və Serbiya ilə qarşılaşmalı olsalar da, bu oyunlardan biri başa tutmayıb. Belə ki, Almaniyanı məğlub edən (21:10) yığmamız Uelslə qarşılaşmalı olsa da, britaniyalılar son anda yarışdan çəkildikləri üçün millimiz Serbiya ilə oynayıb. Görüş basketbolçularımızın 12:21 hesablı məğlubiyyəti ilə yekunlaşıb.