[b]Yığmamız üçün 7 potensial rəqib[/b]
27.02.2018 - 17:42
Qızlardan ibarət Azərbaycanın həndbol millisinin iştirak edəcəyi növbəti turnir müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamız Avropa Həndbol Federasiyasının təşkil etdiyi “Womens Trophy”də iştirak edəcək.
Bosniya və Herseqovinanın Tuzla şəhərində təşkil olunacaq gənclər arasında yarış mayın 29-dan iyunun 3-dək keçiriləcək. Həndbolçularımızın rəqibləri Belçika, Kipr, Böyük Britaniya, Estoniya, Lüksemburq, Moldova və meydan sahibləri olacaqlar.
Komandalar 2 qrupda dairəvi sistemlə mübarizə aparacaq. İlk 2 yeri tutacaq yığmalar medallar uğrunda yarışacaq.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0