[b]Yığmamızdan biabırçı məğlubiyyət[/b]
17.03.2016 - 14:51
[b]Yığmamızdan biabırçı məğlubiyyət[/b]

Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında “Nooruz-2016” beynəlxalq turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk turu Azərbaycan millisi üçün uğursuz alınıb.

 

Tahir Baxşıyevin müvəqqəti başçılıq etdiyi komanda “Kaspi” ilə bacarmayıb. Basketbolçularımız Qazaxıstan klubuna biabırçı nəticə ilə uduzub – 51:100.

 

Oyundan sonra baş məşqçi əvəzi heyətdə yer alan yeniyetmə oyunçulardan razı qaldığını açıqlayıb. Onun sözlərinə görə, təcrübəlilərlə müqayisədə U-18-in üzvləri daha inamlı təsir bağışlayıblar. 

 

Turun digər matçında Qırğızıstan klubları “Politexnik”lə “Bars” bir-birini sınağa çəkəcək.

 

Qeyd edək ki, komandamız sabah II turda “Politexnik”lə gücünü yoxlayacaq. Millimizin yeni baş məşqçisi Samit Nuruzadə isə Qırğızıstana yollanmayıb.