16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının Kiprdə keçirilən C divizionunda III tura start verilib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən turun ilk qarşılaşmasında Azərbaycan millisi San-Marino ilə görüşüb.
Millimiz ilk hissədə məğlub olsa da, ikinci hissədə qazandığı böyük üstünlük matçın sonunadək kifayət edib – 63:60 (13:17, 19:8, 15:17, 16:18). İlk iki turda olduğu kimi yenə Səadəttin Donat yığmanın heyətində hamıdan çox xal toplayıb – 23 xal.
Bu, komandamızın çempionatdakı 2-ci qələbəsi olub. İlk turda Uelsi 75:61 hesabı ilə yenən komandamız dünən Kiprə uduzmuşdu – 62:63.
Qeyd edək ki, Samit Nuruzadənin yetirmələri sabah keçiriləcək IV turda istirahət edəcək. İyulun 21-də qrupda son matçına çıxacaq yığmamız Malta ilə görüşəcək.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq