Azərbaycan millisinin voleybolçusu Nikalina Başnakova karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, ötən il “Bursa Böyükşəhər Bələdiyyəspor” klubunun əvəzedici komandasına transfer olunan hücumçu bu mövsüm Superliqada oynayacaq.
Belə ki, 18 yaşlı milliləşən voleybolçu Bursa təmsilçisinin əsas komandası ilə razılıq əldə edib. Hazırda Uludağ Universitetində oxuyan Başnakova ən azı 2016/2017 mövsümünü burada keçirəcək. O, yeni komandasına 12 nömrəli formanı seçib.
“Bursa Böyükşəhər Bələdiyyəspor” isə ölkə çempionatından sonra 4 xalla 4-cü yerdədi.
Qeyd edək ki, əslən Belarusdan olan 179 sm boya malik Nikalina “Bursa Böyükşəhər Bələdiyyəspor”a “Azərreyl”in ikinci komandasından yollanmışdı. O, aşağı yaş qrupları üzrə Azərbaycan millisində 2013-cü ildə debüt edib. Əsas komandamıza namizəd olan Başnakova gənclər yığmamızın əsas voleybolçusudu.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq