“Azərreyl” heyətinə yeni voleybolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası ilə vidalaşan “dəmiryolçular” bundan sonra Nelli Salbişvilinin də xidmətindən istifadə edəcəklər.
Gürcü əsilli voleybolçu yalnız avrokubok matçları zamanı komandanın formasını geyinəcək. Cəmi 17 yaşı olan və 180 sm boya malik Salbişvili özünü doğruldacağı halda yeni ildə “Azərreyl”də qalacaq.
Gənclər millimizin əsasını təşkil edən “Gənclik”də oynayan Nelli artıq komanda üçün sifariş də olunub. Əgər “Azərreyl” CEV kubokunda iştirakını rəsmiləşdirərsə, hücumçunun onlara kömək edəcəyi istisna deyil. Bütün bunlar isə onun təcrübəsinin daha da artmasına hesablanıb. Çünki məşqçilər korpusu Azərbaycan və Gürcüstanda keçiriləcək Avro-2017 üçün yeni və daha heyət formalaşdırmaq arzusundadı.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə