Qadın voleybolçular arasında Yaponiya çempionatının II mərhələsində II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” “Hisamitsu”nun qonağı olub.
Qarşılaşma təmsilçimizin komandasının asan qələbəsi ilə başa çatıb. “Toyota” rəqibinə 1 set belə güzəştə getməyib – 3:0 (27:25; 25:22; 27:25).
Görüşün ən dəyərli oyunçusu seçilən Rəhimova 33 xal toplayıb. O, bunlardan 27-sini hücumda, 4-nü blokda və 2-sini eylə qazanıb.
Beləliklə, ikinci oyununu da qələbə ilə başa vuran “Toyota” 5 xalla turnir cədvəlində ikincidi.
Polinanın komandası növbəti turda lider “Hitaçi” ilə üz-üzə gələcək. Oyun fevralın 20-də olacaq.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə