[b]Yığmamızın hücumçusu yenə qələbə qazandı[/b]
04.12.2017 - 18:12
Qadın voleybolçular arasında Rusiya Superliqasında VIII tura start verilib. Apasport.az saytının məlumatına görə, turun açılış matçında Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su “Saxalin”in qonağı olub.
Qarşılaşma Tatarıstan təmsilçisinin asan qələbəsi ilə yekunlaşıb. “Dinamo” rəqibini 3:0 (25:16, 25:17, 25:21) hesabı ilə məğlub edib.
Məmmədova matçda 9 xal toplayıb.
Qeyd edək ki, Kazan təmsilçisi 8 matçda 21 xal toplayıb və birinci pillədə qərarlaşıb.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0