Qadın voleybolçular arasında İtaliya A seriyasında VIII turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” “Yamamay”ın qonağı olub.
Bosto Arsizoda baş tutan qarşılaşma təmsilçimizin komandası üçün uğurlu alınıb. “Firenze” 3:0 (25:19, 25:22, 25:11) hesabı ilə qələbəyə sevinib. Yığmamızın kapitanı isə matçın ən dəyərli oyunçusu seçilib. Bayramova görüşdə bombardirliyə də şərik olub. O, 2012/2013 mövsümündə “Azəryol”da (“Azərreyl”), indi isə İtaliya klubunda komanda yoldaşı İndra Sorakayte ilə hamıdan çox – 14 xal toplayıb.
Bu qələbə “Firenze”nin hesabındakı xalların sayını 11-ə çatdırıb. Komanda isə 7-ci yerə yüksəlib.
Qeyd edək ki, “Firenze” A seriyanın növbəti turunda “Modena” ilə qarşılaşacaq.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq