Qadın voleybolçular arasında Fransa çempionatında növbəti matçlar keçirilib. Apasport.az saytının məlumatına görə, XV tur çərçivəsində təşkil olunan görüşlərdə Azərbaycan millisinin üzvləri də meydana çıxıblar.
Belə ki, Anastasiya Qurbanovanın şərəfini qoruduğu “Venel” “Kemper”in qonağı olub. Qarşılaşma təmsilçimizin komandasının 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qurbanova matçda 12 xal toplayıb.
Olena Həsənova formasını geyindiyi “Le Kann” isə evdə “Nansi” ilə üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Həsənova oyunda 6 xal yığıb.
15 matçdan sonra “Le Kann” 27 xalla turnir cədvəlində 4-cü, “Venel” 23 xalla 5-cidi.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq