[b]Yığmamızın oyunçusu “Qalatasaray”la müqavilə bağladı[/b]
03.08.2016 - 18:46
[b]Yığmamızın oyunçusu “Qalatasaray”la müqavilə bağladı[/b]

Azərbaycan millisinin basketbolçusu Orxan Aydın özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı həmyerlimiz karyerasını “Qalatasaray” klubunda davam etdirəcək.

 

İstanbul təmsilçisi ilə danışıqları müsbət yekunlaşdıran Orxan artıq 1 illik rəsmi müqaviləyə də imza atıb.

 

Qeyd edək ki, klub karyerası Türkiyə ilə bağlı olan 203 sm boya malik basketbolçu son mövsümü “Acıbadem Universiteti”ndə keçirib.