Qadın voleybolçular arasında İtaliya A seriyasında XI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu “Skandiççi” “Yamamay”ın qonağı olub.
Qarşılaşma təmsilçimizin komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Səmədova əvvəlki turlarda olduğu kimi bu dəfə də oyunu azarkeş kimi izləyib. Təəssüf ki, komandanın ona inamının olmaması yekunda yığmamızın əleyhinə işləyəcək.
Qeyd edək ki, “Skandiççi” bu qələbədən sonra “Yamamay”ı qabaqlayaraq, 3-cü yerə yüksəlib. Onların aktivində 26 xalı var.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq