Kişi voleybolçular arasında “Çelenc Cup”ın II təsnifat mərhələsinin yekununa əsasən statistik göstəricilər açıqlanıb. Apasport.az saytının məlumatına görə, ən yaxşılar sırasında Azərbaycan çempionu “Lokomotiv”in üzvləri də yer alıblar.
Belə ki, Bakı təmsilçisinin oyunçusu Dmitri Obodnikov ən yaxşı blokçuların siyahısında 4-cüdü. Millimizin də şərəfini qoruyan voleybolçu Kipr “Apoel”i ilə matçda 8 dəfə keçilməz olub. Onu 3-cü yerdən 1 set artıq oynaması (8 hissə), 1-ci pillədən cəmi 1 xal ayırır.
Bombardirlər siyahısında isə Pərviz Səmədovla Vüqar Bayramov hərəyə 23 xalla 36-37-ci yerləri bölürlər. İlk pillədə “Lokomotiv”in mübarizədən kənarlaşdırdığı “Apoel”in oyunçusu Aleksandro Rodriques qərarlaşıb. Onun 48 zərbəsi dəqiq alınıb.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq