Qadın voleybolçular arasında Türkiyə Superliqasında növbəti matçlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld” IX tur çərçivəsində “Vakıfbank”ın qonağı olub.
Qarşılaşma təmsilçimizin komandasının “quru hesablı” məğlubiyyəti ilə yekunlaşıb. “Çanakkale Bld” bir set belə qazana bilməyib – 0:3 (17:25; 14:25; 18:25). Qarşılaşmada 10 xal toplayan Kulan komandasının ən yaxşısı olub.
Qeyd edək ki, 9 oyundan sonra hesabında 17 xal olan “Çanakkale Bld” müvəqqəti də olsa, 4-cü pillədə qalıb. Tura sabah yekun vurulacaq.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq