“Biz İstanbulda ilk oyunda 2:3 hesabı ilə uduzmuşduq. Amma səfərdə 1 xal qazanmışıq. Buna baxmayaraq, bu da bizim gənclərdən təşkil olunan komanda üçün böyük uğur idi”. Apasport.az saytının məlumatına görə, bunu “Telekom”un baş məşqçisi Zoran Qayiç deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Fənərbaxça” ilə oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, sabah baş tutacaq qarşılaşmada daha inamlı çıxış etməyə çalışacaqlar: “Çünki “Fənərbaxça qrupun digər komandalarından çox güclüdü. Sabah eyni uğuru yenidən təkrarlamağa çalışacağıq. Həm də bu dəfə oyun Bakıda olacaq”.
Qeyd edək ki, qarşılaşma saat 17:00-da başlayacaq.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə