Qadın voleybolçulardan ibarət Bakı klublarında növbəti “ad dəyişikliyi” rəsmiləşəcək. Apasport.az saytının məlumatına görə, bu barədə yekun qərar bu gün veriləcək.
Belə ki, 2008-ci ildən peşəkar səviyyədə fəaliyyət göstərən “Lokomotiv”in fəaliyyəti rəsmən dayandırılacaq. Lakin 1 milyon avroya yaxın borcu olan “Çelenc Cup”ın qalibinin adı yaşayacaq. Bu, Super Liqada 3 gümüş və 2 bürünc medal qazanan Bakı klubunun varisi olmayacaq. Yeni “Lokomotiv” adı ilə gənclərdən ibarət Azərbaycan millisinin cəmləşdiyi və ötən il yaradılan “Gənclik” çıxış edəcək.
Qeyd edək ki, voleybol klublarımızda ad dəyişikliyi adi hal alıb. Məsələn, sponsor dəyişdikdə “Azerreyl” “Azəryol”a və ya əskinə çevrilir. Bu dəfə də “Lokomotiv”in adının “qorunması” boşuna deyil. Çünki az əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Voleybol Federasiyasına prezident seçildi. Bu səbəbdən də “Lokomotiv” üçün “işıq” yandırıldı və kişilərdən ibarət komanda da fəaliyyətə başladı.
Klublarımızın fəaliyyətini dayandırması da, hər mövsüm təkrarlanan haldı. Çünki son illərdə “Şirvan”, “Bakı”, “İqtisadçı”, “Nəqliyyatçı”, “Rabitə” kimi klublarımızı tarixin yaddaşına köçürmüşük.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq