Azərbaycan çempionatında mübarizə aparacaq yeni komandanın məşqçisi bilindi - FOTO
03.11.2015 - 17:29
Azərbaycan çempionatında mübarizə aparacaq yeni komandanın məşqçisi bilindi - FOTO

Qadın voleybolçular arasında Azərbaycan çempionatına son anda qoşulan gənclər yığmamızı çalışdıracaq mütəxəssisin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, millimizi beynəlxalq arenada olduğu kimi, Super Liqada da Vüqar Əliyev çalışdıracaq.

 

O, çempionatda ehtiyat qüvvəni də nəzərdən keçirməklə əsas komandaya namizədləri də müəyyənləşdirəcək.

 

U-19-ların Avropa birinciliyinə də bu millinin heyətinin əsas hissəsini qatılacağı proqnozlaşdırılır. Komandamız mərhələ adlamaq üçün 2016-cı il martın 31-dən aprelin 3-dək F qrupunda Sloveniya, Fransa və Latviya ilə yarışacaq.

 

Qeyd edək ki, Əliyev Super Liqada kifayət qədər təcrübəyə malik məşqçidi. Gənc olmasına baxmayaraq, “Azərreyl” və “Azəryol”la medallar qazanıb.