Kişi voleybolçular arasında avrokubokların 2017/2018 mövsümündə Azərbaycanı təmsil edəcək klubun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, ölkəmizin şərəfini beynəlxalq arenada Azərbaycan çempionu “Lokomotiv” qoruyacaq.
Yığmamızın bazası hesab olunan komanda “Çelenc Cup”da çıxış edəcək. Onların avrokuboka sifariş olunması ilə Azərbaycanın 7 illik həsrətinə də son qoyulacaq. Belə ki, analoji yarışa axırıncı dəfə 2010/2011 mövsümündə qatılmışdıq. Lakin həmin vaxt – 2010-cu ilin oktyabrında “Sərhədçi” Olimpiya Mərkəzində baş tutan qarşılaşmalarda “Azərneft”lə “Partizan” (Serbiya) hərəyə bir qələbə qazandığından (3:0) qalib “Qızıl set”lə müəyyənləşmişdi və rəqib 1/16 finala yüksəlmişdi.
“Lokomotiv” Azərbaycanı avrokubokda təmsil edəcək 3-cü komanda kimi də tarixə düşəcək. Çünki onlara kimi kişi voleybolçuların yarışında “Azərneft” (“Azəroil”) və “Metro” çıxış edib.
Qeyd edək ki, “Çelenc Cup”da “Neftçi”nin iştirakı gözlənilsə də, çempionatın gümüş medalçısı daxili yarışla kifayətlənəcəyini açıqlayıb.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq