Qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən ABU (Azərbaycan) – “Şuler” (Hollandiya) matçının ən yaxşıları bəlli olub. Apasport.az saytının məlumatına görə, 27:19 hesabı ilə qalib gələn Hollandiya klubunun üzvü Roksana Bovenberq qarşılaşmanın ən məhsuldar oyunçusu olub.
O, təmsilçimizin qapısından 10 qol keçirib. ABU-nun ən məhsuldar həndbolçusu isə Günel Əliyeva olub – 6 top.
Ümumiyyətlə isə Azərbaycan çempionunun 7 üzvü qol sevinci yaşayıb. Marta Abbasova, Yana Qornak və İranə Qasımova hərəyə 3 dəfə fərqləniblər. İnarə Yusubovanın 2 qol vurduğu görüşdə Anna Həmidova 1 dəfə rəqib qapısına yol tapıb. Təmsilçimizin rusiyalı legioneri Oksana Orexova da cəmi 1 qola sevinib.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub