Azərbaycan millisi Avropa ikincisi oldu
25.07.2016 - 09:09
16 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, Kiprdə keçirilən yarışın final matçında Azərbaycan millisi meydan sahibləri ilə görüşüb.
İlk üç hissədə məğlub olan Samit Nuruzadənin yetirmələri qarşılaşmanın son bölümündə dönüş yaratmağa çalışsa da, yenilgidən qaça bilməyib – 50:62 (14:25, 10:14, 15:17, 11:6). Komandamızın bombardiri Aleks Axundovun 12 xalı da yığmamıza kömək etməyib. Bununla da Azərbaycan yığması Avropa çempionatını gümüş medalla başa vurub.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0