Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) növbəti çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 18 yaşadək qızlar arasında Gürcüstanın paytaxtı Tiflisdə keçirilən turniri Azərbaycan millisi 4-cü yerdə başa vurub.
Belə ki, Azərbaycan Super Liqasında “Gənclik” adı ilə çıxış edən komandamız ilk matçda Ukrayna millisi ilə üz-üzə gəlib. Vüqar Əliyevin yetirmələri zəif oynayıblar və məğlubiyyətə üzülüblər – 0:2 (22:25; 19:25). Eyni gündə baş tutan ikinci oyun isə voleybolçularımızın qələbəsi ilə başa çatıb. Yığmamız 2:1 (25:18; 20:25; 15:10) hesabı ilə qalib gəlib.
Bir gün sonra yenə eyni ssenari təkrarlanıb. Rusiyaya 0:2 (11:25; 18:25) hesabı ilə məğlub olan “Gənclik” Latviyadan güclünü göstərib – 2:0 (25:17; 25:18).
Voleybolçularımızın son matçda rəqibi Gürcüstan millisi olub. “Gənclik” Super Liqanın ilk turu çərçivəsində olduğu kimi yenə gürcülərə qalib gəlib - 2:1 (25:21; 17:25; 15:12).
Buna baxmayaraq, yalnız Rusiyadan geri qalan Gürcüstan ikinci, Ukrayna üçüncü yeri tutub. Son 2 pillədə müvafiq olaraq, Estoniya və Latviya milliləri qərarlaşıblar.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub