Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının iştirak edəcəyi kiçik ölkələr arasında Avropa çempionatının keçiriləcəyi yer müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iki ildən bir təşkil olunan yarış Moldovanın paytaxtı Kişinyovda baş tutacaq.
Çempionatda meydan sahibləri və yığmamızla yanaşı, Kipr, Cəbəllütariq, Malta, Andorra, San-Marino və İslandiya milliləri də mübarizə aparacaq. Komandalar iki qrupa bölünəcək. Yarışın püşkatması isə yanvarın 22-də Almaniyanın Frayzinq şəhərində təşkil olunacaq.
Qeyd edək ki, oyunlar Kişinyovda 1500 tamaşaçı tutumuna malik “Futzal Arena”da keçiriləcək.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə