Azərbaycan yığması xorvatlara qarşı
29.08.2015 - 15:48
Sloveniyada hazırlıq keçən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün daha bir yoxlama görüşündə qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri yenidən Xorvatiya millisi ilə üz-üzə gələcək.
Avqustun 26-da rəqibindən üstün olan komandamız Ancelo Vercesinin çalışdırdığı yığma ilə ikinci matçını da Mariborda keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Millimiz bu görüşlə Sloveniyada təlim-məşq toplanışını başa vurub, sabah Vətənə dönəcək.
0
0