Azərbaycanlı referi üçün daha bir təyinat – “Lozanna”nın avrokubok matçı
07.12.2015 - 16:52
Beynəlxalq dərəcəli azərbaycanlı referi Fikrət Axundov Avropa Voleybol Konfederasiyasından növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz kişi komandalar arasında CEV kubokunun 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində “Munisipal” (Rumıniya) – “Lozanna” (İsveçrə) matçında ədaləti qoruyacaq.
O, Zalauda olacaq qarşılaşmada ikinci hakim funksiyasını yerinə yetirəcək. Oyunun əsas referisi Aleksandros Milonakis təyin edilib. Görüş dekabrın 16-da keçiriləcək.
Qeyd edək ki, bu klubların ilk matçında rumınlar 3:1 hesabı ilə qalib gəlib.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0