Kişi basketbolçular arasında Azərbaycan çempionatı həlledici mərhələyə qədəm qoyub. Apasport.az saytının məlumatına görə, oktyabrın 31-də start götürən yarışda bu gün pley-off mərhələsinin ilk qarşılaşmaları baş tutub.
Günün birinci matçında AzTOP "Bakı"nı sınağa çəkib. Bu komandalar arasında əsas mərhələdə keçirilən görüşlərdə tərəflərin hərəyə bir qələbə qazanması (78:93; 113:69) matçın gərgin keçəcəyindən xəbər verirdi. Maraqlı mübarizə AzTOP-un qələbəsi ilə nəticələnib.
Mərhələnin digər cütündə də eyni hadisənin yaşanacağı ehtimal edilirdi. Çünki NTD BK və "Baku Oilers" ilk 2 dövrədə öz aralarında “heç-heçə” (52:65; 107:66) oynayıblar. Lakin əsas mərhələni lider kimi başa vuran nominal ev sahibləri rəqibə göz açmağa imkan verməyiblər.
Qeyd edək ki, pley-off matçları 2 qələbəyə qədərdi.
Pley-off mərhələsi
İlk oyunlar
AzTOP - "Bakı" - 77:69
NTD BK - "Baku Oilers" - 91:39