“Beşiktaş” klubunun rəhbərliyi yaxın keçmişdə baş verənlərdən ciddi nəticə çıxarıb. Apasport.az saytının məlumatına görə, istanbullular iki il öncə bu klubun şərəfini qorumuş serbiyalı basketbolçu Miliça Daboviçin çılpaq pozalar verməsini unutmayıb. Məhz belə hərəkətlər etdiyindən, Daboviç komandadan qovulmuşdu.
İndi isə “Beşiktaş” rəsmiləri eyni olayın qadınlardan ibarət voleybol komandasına yenicə transfer olunmuş xorvatiyalı Sanya Popoviçin başına gəlməsindən ehtiyatlanırlar. Məsələ burasındadır ki, 25 yaşlı cazibədar xanım İtaliyada “Asistel Novara”nın şərəfini qoruyarkən, çılpaq pozalar verməklə, sözün əsl mənasında, nəfərləri kəsmişdi. Üstəlik, Sanya vaxtilə Afrikadakı ac uşaqlara yardım kampaniyası çərçivəsində də fotoobyektivlər önünə keçib.
Bütün bunları nəzərə alan “Beşiktaş” rəhbərliyi Popoviçə xəbərdarlıq edib: “Meydandan kənarda şəkillər çəkdirmə! Hətta reportajlar zamanı üst geyimini belə çıxarma!”
Bu xəbərdarlığın ardından xorvatiyalı voleybolçu fotomodellik təkliflərinə rədd cavabı verib. O, müqaviləsinin vaxtından qabaq ləğv edilməməsi üçün yalnız voleybolla məşğul olmaq istəyir.
Heç yerdə soyunma! Oldu?
03.12.2009 - 18:26
0
0