Liderdən asan qələbə
08.04.2014 - 14:43
Liderdən asan qələbə

Kişi basketbolçular arasında Azərbaycan çempionatında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Şəkidə təşkil olunan oyunlar sensasiyasız başa çatıb.

 

Belə ki, keçirdiyi 4 qarşılaşmanın hamısında asan qələbə qazanan “Qala” bu dəfə “Cəlilabad”a heç bir şans verməyib. Elxan Əliyevin yetirmələri rəqibini 89:36 hesabı ilə məğlub ediblər. Digər görüşdə isə ev sahibləri autsayder “Gəncə”dən üstün olublar – 80:39.

 

Beləliklə, V turdan sonra “Qala” 10, “Cəlilabad” 8, “Şəki” 7 və “Gəncə” 5 xala malikdir.

 

Qeyd edək ki, növbəti turun oyunları Mingəçevir şəhərində keçiriləcək.