Natalya Məmmədova “Pyaçentsa”ya gücünü göstərdi
22.10.2015 - 08:13
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Volero” yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu İsveçrə çempionu İtaliya “Pyaçentsa”sını sınağa çəkib.
Qarşılaşma 3:2 (14:25, 25:17, 13:25, 25:22, 15:13) hesabı ilə “Volero”nun xeyrinə başa çatıb. Əvəzetmələrlə meydana daxil olan Məmmədova 8 xal toplayıb.
Qeyd edək ki, xroniki zədədən əziyyət çəkən Natalya artıq çətin günlərini arxada qoyur.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0