Ölkə çempionu üçün yeni sponsor
20.05.2014 - 08:26
Qadın voleybolçular arasında İtaliya çempionu “Pyaçentsa” qərarını dəyişib. Apasport.az saytının məlumatına görə, son 2 ilin dəyişməz qalibi A seriyasında və Çempionlar Liqasında oynayacağını açıqlayıb.
“Pyaçentsa” rəhbərliyinin fikrini dəyişməsinə yeni sponsorun tapılması səbəb olub. Bunun üçün də komanda hər 2 yarışda iştirak edib, lazımı nəticə qazanacağına inam ifadə edib.
Qeyd edək ki, bir qədər öncə “Pyaçentsa” rəhbərliyi maliyyə çatışmazlığına görə ya aşağı liqada oynayacaqlarını, ya da klubun dağılacağını bildirmişdi.
0
0