Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Telekom” (Azərbaycan) - “Fənərbaxça” (Türkiyə) matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi görüşdə hər komandadan bir oyunçu xüsusi fərqlənib.
Belə ki, “Telekom”un kapitanı Ana Piriyeva (Kleger) rəqibin ulduz voleybolçusu Yeon-Kounq Kimlə eyni xal toplayıb. Onların hər ikisi komandasının aktivinə 14 xal yazdırıblar.
Zoran Qayiçin digər yetirmələrindən Yelizaveta Səmədova 9, Xristina Ruseva 5, Marqarita Əzizova 4, Qabriela Koyeva 3, Kseniya İvanoviç 2 və Olena Həsənova 1 xal yığıb.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə