Qadın voleybolçular arasında Yaponiya çempionatında növbəti turların oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ənənəyə uyğun olaraq komandalar ardıcıl 2 gündə 2 dəfə meydana çıxıblar.
Azərbaycan millisinin hücumçusu Polina Rəhomovanın şərəfini qoruduğu “Totota” VI tur çərçivəsində “Hitaçi”nin qonağı olublar. Qarşılaşma ev sahiblərinin xeyrinə başa çatıb – 3:2 (19:25; 21:25; 25:22; 25:23; 16:14).
Rəhimovanın komandası VII turda da eyni aqibəti yaşayıb. Bu dəfə “Toray Errous”un qonağı olan “Toyota” lider qarşısında önə keçsə də, yekunda 2:3 (23:25; 25:22; 27:25; 21:25; 11:15) hesabı ilə uduzub.
“Toyota” bu məğlubiyyətlərdən sonra 7-ci yerə enib. Aktivində 7 xalı olan komanda çempionatın sonuncusu “Aqeo”nu 1 xal qabaqladığı halda, birinci pillənin sahibi “Toray Errous”dan 10 xal geri qalır.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub