“Azərbaycan klubunu seçdiyim üçün çox xoşbəxtəm. Çünki müqavilə bağladığım Bakı təmsilçisi çox güclüdü”. Apasport.az saytının məlumatına görə, bunu Puerto-Riko millisinin voleybolçusu Natalia Valentin deyib.
“Azərreyl”lə yenicə müqavilə bağlayan 26 yaşlı toppaylayıcı keçidinə münasibət bildirib. Onun sözlərinə görə, Bakı klubunda əsas məqsədi Super Liqada və Çempionlar Liqasında uğur qazanmaqdı: “Burada hər şeyin əla olacağına inanıram. Həmçinin, yığmadakı komanda yoldaşım Stefanye Enrayt da “Azərreyl”lə anlaşıb. Əsas hədəfimiz çıxış edəcəyimiz yarışlarda özümüzü yaxşı tərəfdən göstərib, uğur qazanmaqdı”.