Qadın voleybolçular arasında Rusiya çempionatında II turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, “Azərreyl” və “Lokomotiv”in Çempionlar Liqasındakı rəqibi olan Kazan “Dinamo”su Superliqada ilk matçına çıxıb.
Rişat Gilyazutdinovun yetirmələri Moskvanın eyniadlı klubu ilə üz-üzə gəliblər və qarşılaşma paytaxt təmsilçisinin asan qələbəsi ilə başa çatıb. Kazanlılar evdə 1 set belə qazana bilməyiblər – 0:3 (16:25, 17:25, 22:25).
Rəqiblərindən bir oyun az keçirən “Dinamo” hazırda 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Kazan təmsilçisi Çempionlar Liqasının yeni mövsümümün açılış matçında “Lokomotiv”lə qarşılaşacaq. Oyun oktyabrın 28-nə təsadüf edəcək.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub