Rəqibimizdən asan qələbə
09.11.2015 - 12:54
Qadın voleybolçular arasında Rusiya Superliqasında VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində “Azərreyl”lə “Lokomotiv”in Çempionlar Liqasındakı rəqibi “Dinamo” (Kazan) “Omiçka”nı qəbul edib.
“Lokomotiv”lə qarşılaşmada 3:1 hesabı ilə qələbə qazanan Kazan təmsilçisi bu dəfə də asanlıqla qalib gəlib. Onlar “Omiçka”ya 1 set belə güzəştə getməyiblər - 3:0 (25:21, 25:21, 25:9).
Bu qələbədən sonra aktivindəki xalların sayını 12-yə çatdıran “Dinamo” 3-cü pilləyə yüksəlib.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0