Rəqiblərimizin duelindən Türkiyə qalib ayrıldı
07.09.2015 - 07:57
Rəqiblərimizin duelindən Türkiyə qalib ayrıldı

Qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan millisinin rəqibləri olan Türkiyə və Belçika bir-biri 3 yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, Leuvendə hazırlıq çərçivəsində baş tutan qarşılaşmalar “ay-ulduzlular”ın qələbəsi ilə başa çatıb.

 

Belə ki, onlar final mərhələsinə Hollandiya ilə birgə ev sahibliyi edəcək Belçikanı hər 3 qarşılaşmada məğlub ediblər – 3:2; 3:1; 3:0.

 

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 26-da start götürəcək həlledici mərhələdə ilk görüşünü türklərə qarşı keçirəcək.