Serbiyalı baş məşqçi yığmamızın hücumçusundan danışdı
11.04.2014 - 08:47
Serbiyalı baş məşqçi yığmamızın hücumçusundan danışdı

“Omiçka”nın baş məşqçisi Zoran Terziç Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın meydana dönüşünü şərh edib. Apasport.az saytının məlumatına görə, serbiyalı mütəxəssis 1 aylıq zədədən sonra heyətə qayıdan hücumçumuzun durumunu yüksək qiymətləndirib.

 

Terziç bildirib ki, Məmmədova Rusiya çempionatının XXI turunda “Uraloçka” ilə görüşdə liderlik keyfiyyətlərini ortaya qoyub: “Natalyanın oyunundan razı qaldım. O zədədən sonra 1 ay bərpa prosesi keçirdi. Lakin artıq yavaş-yavaş yüksək səviyyəsini toplamaqdadır”.

 

Qeyd edək ki, Məmmədovanın dönüşü ilə “Uraloçka”ya səfərdə 3:0 hesabı ilə qalib gələn “Omiçka” yenidən ikinci pilləyə yüksəlib.