Yekaterina Jidkova “Azəryol”un ən yaxşısı oldu
09.03.2016 - 09:25
Yekaterina Jidkova “Azəryol”un ən yaxşısı oldu

Qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsində “Dinamo” (Krasnodar, Rusiya) – “Azəryol” (Azərbaycan) matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, şimal qonşularımızın 3:0 hesabı ilə qələbə qazandıqları görüşün ən yaxşısı Natalya Malıx seçilib.

 

“Dinamo”nun hücumçusu komandasına 22 xal qazandırmaqla, qarşılaşmanın bombardiri adına da yiyələnib.

 

“Azəryol”un heyətində isə yenə Yekaterina Jidkova məhsuladarlığı ilə seçilib. Millimizin də şərəfini qoruyan voleybolçunun 14 zərbəsi dəqiq alınıb. Ziya Rəcəbovun digər yetirmələrindən Malika Kanzonqla Edina Dobi hərəyə 6, Anna Stepanyuk 5, Stefanı Niemerlə Marin Apitz hərəyə 4 və Yelena Parxomenko 1 xal toplayıb.

 

Qeyd edək ki, “Azəryol” “Dinamo” ilə ikinci görüşünə martın 12-də Bakıda çıxacaq.