Yığmamız İtaliyaya yollandı
08.09.2015 - 08:44
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İtaliyaya yollanıb. Apasport.az saytının məlumatına görə, Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatına hazırlaşan Faiq Qarayevin yetirmələri 3 gün burada qalıb, 2 yoxlama oyunu keçirdikdən sonra Sloveniyaya gedəcək.
Komandamızın Mariborda da bir neçə sınaq matçı keçirəcəyi gözlənilir.
Qeyd edək ki, Avropa çempionatı sentyabrın 26-da başlayacaq.
0
0