Yığmamız üçün 3 oyuna 4 hakim
10.04.2014 - 09:27
Yığmamız üçün 3 oyuna 4 hakim

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avro-2015-in I təsnifat mərhələsində oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, III qrupda yer alan komandamızı mayın 9-da Makedoniya ilk görüşündə ədaləti Krunomil Vedrislə (Xorvatiya) Simyon İvanov (Bolqarıstan) qoruyacaqlar.

 

Bir gün sonra İsveç sınağa çəkəcək Sillie Tabares Leonardonun yetirmələrini meydana monteneqrolu Slobodan Kovaçeviç dəvət edəcək. Qarşılaşmada ona Vedris köməklik edəcək.

 

Mayın 11-də son - Gürcüstan yığması ilə matçda isə komandamızın taleyi Kovaçeviçlə İvanovun əlində olacaq.

 

Qeyd edək ki, yarışlara Makedoniya ev sahibliyi edəcək. Reqlamentə görə, qrup qalibləri və ən yaxşı nəticəyə malik iki ikinci yerin sahibi mərhələ adlayacaq.