[b]Yığmamızın rəqibi müəyyənləşdi[/b]
02.07.2016 - 16:07
Basketbolun 3x3 növü üzrə Avropa çempionatının seçmə mərhələsində çıxış edən kişilərdən ibarət Azərbaycan yığmasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimiz 1/4 finalda Slovakiya ilə qarşılaşacaq.
Bu gün baş tutacaq görüş saat 17:10-da start götürəcək. Millimiz qələbə qazansa, yarımfinalda Almaniya – Hollandiya cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Samit Nuruzadənin baş məşqçisi olduğu millimiz A qrupunun 2-cisi olub. Komandamız Almaniyanı 21:10, Türkiyəni 21:16 hesabı ilə məğlub edib, Serbiyaya uduzub – 12:21.
0
0