Yığma komandamız Macarıstana uduzdu
30.05.2025 - 21:19
Yığma komandamız Macarıstana uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, yığmamız oyunları Bakıda keçirilən ilk turnirin açılış matçına çıxıb.

Faiq Qarayevin yetirmələri Macarıstanla üz-üzə gəliblər. Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. Oyun rəqib komandanın üstünlüyü ilə keçib. Macarlar hər 3 setdə qalib gəliblər.

Qeyd edək ki, millimiz növbəti oyununu iyunun 1-də Slovakiyaya qarşı keçirəcək.

Avropa Qızıl Liqası
Qadınlar
I turnir (Azərbaycan)
30 may

18:00. Macarıstan - Azərbaycan - 3:0 (25:13, 25:22, 25:20)